XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 15:58

Mübariz Qurbanlı:“Əlində “Quran” tutan hər adam din xadimi deyil”

mubariz

“Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil”.

Bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fitnə” filminin nümayişi zamanı tələbələrdən birinin sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. (report)

O, tələbənin “bəzi mollalar səhər hüzr yerinə gedir, axşam isə spirtli içki içir, bu, nə qədər düzgündür?” sualına cavabında həmin şəxslərə Dövlət Komitəsi tərəfindən cəza nəzərdə tutulmadığını deyib.

“Din xadimi o şəxs sayılır ki, o, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının imtahanından keçərək müvafiq titul və xüsusi vəsiqə alır. Azərbaycanda belə vəsiqə alan din xadimlərinin sayı 600-dən yuxarı deyil. Rayonlarda dini ayinləri oxuyanların bəziləri inanmıram ki, rəsmi təyinatlı imam və ya axunddurlar. Eyni zamanda, din xadimlərinin ayrıca paltarları da olur. Əgər kimsə başqa məqsədlər üçün bu sahə ilə məşğuldursa, onun cəzası Allah qarşısında olacaq” –  M.Qurbanlı bildirib.