XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 12:15

Milli Məclisdə Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin müzakirəsi başlanıb

meclis02

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

İclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə edirlər.

Spiker Oqtay Əsədov deyib ki, gündəlikdə birinci məsələ "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsidir. (modern.az)

Xatırladaq ki , gələn ilin büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında", "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "2017-ci il üçün yaşayış minimumu haqqında", " 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.