XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 12:56

Nazirlər Kabinetinin sabiq şöbə müdiri:“Ölkə ciddi iqtisadi böhran yaşayır”

oqtay-haq

 “Ölkə ciddi iqtisadi böhran yaşayır. Mərkəzi Bankın manatın məzənnəsini saxlamağa cəhd göstərməsi valyuta ehtiyatlarına mənfi təsir edir. Mərkəzi Bankın ehtiyatlarının 5.5 milyon dollar yüksəlməsi olduqca aşağı göstəricidir, bu situasiyanın yaxşılaşması sayılmaz

Strateq.az bildirir ki, bu sözləri “Exo” qəzetinə müsahibəsində Nazirlər Kabinetinin sabiq şöbə müdiri, ekspert Oqtay Haqverdiyev deyib. O.Haqverdiyev deyib ki, hər şey neft bazarından, hökumətin səhvsiz maliyyə siyasətindən asılı olacaq.

Ekspertə görə, indi birmənalı olaraq aydındır ki, qarşıdakı ildə maliyyə bazarını dövlət süni şəkildə idarə edəcək. O.Haqverdiyev vurğulayıb ki, son illər asan keçməyib, ölkə çox pul xərcləsə də, az pul əldə edib: “İstər iqtisadiyyat, istərsə də kommersiya bankları, əhali dollara böyük ehtiyac hiss edir”.

O.Haqverdiyev hesab edir ki, banklar valyuta ehtiyatını uzun müddətə məhdudlaşdıra və ya satışını dayandıra bilməzlər. Bu, həm ölkə iqtisadiyyatına, həm də əhalinin vəziyyətinə mənfi təsirlər göstərə bilər.