XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 13:28

Oqtay Əsədov:“Sənə 5 dəqiqə də vaxt verirəm, danış”

oqtay-zahid

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc vaxt azlığından şikayətlənib.

Deputat bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan bu, 5 dəqiqəyə endirilib: “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezizlərim var ki, onlara toxuna bilməyəcəm”. (modern.az)

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış

Bunun ardınca Z. Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə bağlı narahatlığını ifadə edib: "Şəhid ailələrinə 220 manat müavinət verilir. Bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür. Bununla da, şəhid ailəsinə düşən vəsait azalır. Təklif edirəm ki, bu vəsait şəhid ailəsinin həyat yoldaşına verilsin"