XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 13:40

Siyavuş Novruzov əsəbləşdi:“Kim pis işləyirsə, onun adını çəkin”

siyavus

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında həmkarlarına irad tutub.

 S.Novruzov deputat həmkarlarından tənqid edərkən konkret ünvan göstərmələrini istəyb:

“Tənqid edəndə konkret sahəni tənqid etmək lazımdır. Ümumi fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir söyləyəndə hər kəs hesab edir ki, bunun ona aidiyyatı yoxdur, başqasını tənqid edirlər. Və yaxud bəzi həmkarlarımız çölə çıxanda nazirə deyir ki, mən sizi nəzərdə tutmurdum, başqa naziri nəzərdə tuturdum. Digərini görəndə də eyni şeyi deyir. Buna görə də konkret ünvana sözünüzü deyin, konkret tənqid edin ki, o tənqid olunan şəxs öz işindən nəticə çıxarsın və gələcəkdə səhvlərə yol verməsin. Əgər konkret sahə ilə bağlı fikir varsa, o sahə ilə əlaqədar danışsın, hökumətə ünvanlamasın. Çünki hökumətin yaxşı işləyən üzvü də, yaxşı işləməyən üzvü də var. Ona görə kim pis işləyirsə, onun adını çəkin”.