XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 14:17

“Taliban” rus silahı ilə döyüşəcək –Moskvanın “taliban”la əməkdaşlığı ABŞ-ı qorxuya salıb

taliban

Rusların Talibanla münasibəti Əfqanıstanı, eləcə də ABŞ rəsmilərini narahat etməyə başlayıb.

Bu haqda «Reuters» agentliyi yazır. Rusiya rəsmiləri talibançılara yardımla bağlı ittihamları rədd edirlər. Onlarla yalnız danışıqlar masasına keçməkdən ötrü əlaqə yaratdıqlarını deyirlər. (Azadlıq radiosu)

“TALİBAN”nın ƏLİ O SİLAHLARA ÇATSA…

Amma «Taliban» təmsilçilərinin bu yaxınlarda Tacikistanda, sonra da Moskvada Rusiya rəsmiləri ilə görüşləri, digər tərəfdən naməlum vertolyotların uçuşları və ələ keçirilmiş rus silahları əfqan kəşfiyyatını əndişələndirməyə bilmir. Onlar Rusiyanın “Taliban”ı həm silah, həm də pulla təmin edəcəyindən qorxurlar.

Əfqanıstanın təhlükəsizlik xidməti rəsmilərindən biri Rusiyanın “Taliban”a dəstəyini «təhlükəli tendensiya» adlandırıb: “”Taliban”ın əli, məsələn, Rusiyanın verdiyi havadan müdafiə silahlarına çatsa, oyun qaydaları dəyişmiş olacaq. Onda sülhü unudun, getsin”.

ABŞ-ın Əfqanıstandakı ordu generalı Con Nikolson ötən həftə jurnalistlərlə söhbətində Rusiyanın Əfqanıstana “düşmən təsirli” ölkələrə – İrana, Pakistana qoşulduğunu, Moskvanın “Taliban”a hüquqi don geyindirdiyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə generalın fikirlərini rədd edib. O, Rusiyanın Əfqanıstanda sülh istədiyini, bunun da bütün qüvvələrlə, o cümlədən “Taliban”la danışıqlar nəticəsində mümkün ola biləcəyini vurğulayıb.

Bu günlərdə Əfqanıstan parlamentinin də məsələni müzakirəyə çıxaracağı gözlənir.

YENİ OYUN?

«Reuters» agentliyi Əfqanıstanın hələ XIX əsrdən – Rusiya ilə Britaniyanın hakimiyyət mübarizəsi apardığı «Böyük Oyun» dövründən beynəlxalq intriqalar və münaqişələr meydanı olduğunu, 1980-ci illərdə isə Birləşmiş Ştatların Sovet ordusuna qarşı vuruşan əfqan qiyamçılarına Pakistan vasitəsilə yardım etdiyini xatırladır.

İndi isə ölkədə fəal olan İŞİD döyüşçüləri bir tərəfdən hökumət və koalisiya qüvvələri, digər tərəfdən talibançılarla vuruşur. Rusiya İŞİD-in arxasında ABŞ-ın, ABŞ isə “Taliban”ın arxasında Rusiyanın dayandığını deyir.

Ruslar “Taliban”ı İŞİD-ə dirənməkdən ötrümü dəstəkləyirlər?

ÜMİD TRAMP-A QALIB

“Taliban” rəsmiləri ruslarla çoxdan, İŞİD-dən öncə əməkdaşlıq etdiklərini bildirirlər: “2008-ci ilin əvvəlində – Rusiya bizə dəstək olanda, dünyada İŞİD deyilən şey yox idi. Onların yeganə məqsədi bizi ABŞ və onun müttəfiqlərinə qarşı gücləndirmək idi”.

Bunu “Taliban” rəsmilərindən biri “Reuters”ə müsahibəsində deyib. Amma o, Rusiyanın talibançılara yalnız mənəvi və siyasi baxımdan dayaq durduğunu vurğulayıb: «Bizim düşmənimiz eyni idi. Əfqanıstanın ABŞ və onun müttəfiqlərindən yaxa qurtarması üçün dəstəyə ehtiyacı vardı və Rusiya da yad qüvvələrin Əfqanıstanı tərk etməsini istəyirdi».

Amerikalı ordu generalı Con Nikolson isə Rusiyanın İŞİD məsələsini öz siyasətinə bəraət qazandırmaq məqsədiylə ortaya atdığını, gözə kül üfürdüyünü deyir. Moskva Əfqanıstanda müharibəyə görə ABŞ və NATO-nu həmişə qınayıb, yerli hökumətə isə yardım edirdi. Ancaq Ukrayna və Suriya məsələsindən sonra Qərblə münasibətləri pisləşdiyindən Rusiya Əfqanıstan hökumətiylə də əməkdaşlığı dayandırıb.

İndi ümid hakimiyyətə gələndən sonra Moskvayla münasibətləri yoluna qoymağa çalışacağına söz verən yeni prezident Trampa qalıb.