Novruz bayramı günlərinin “yol terroru”: Bakı birincidir
Azərbaycanda Novruz bayramı günlərində – martın 20, 21, 22-də 25 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb 25 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Yol hadisələrindən 10-u Bakıda baş verib, nəticədə 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Bu müddətdə yol nəqliyyat hadisələrinin 8-i piyadavurma olub, nəticədə 5 nəfər ölüb, 4-ü yaralanıb.
K.Əliyev bildirib ki, 11 yol hadisəsi avtomobillərin toqquşması zamanı baş verib, nəticədə 1 nəfər ölüb, 19 nəfər uaralanıb. Avtomobillərin aşma hadisəsi ilə bağlı 2 fakt qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtomobillərin maneələrə vurlması zamanı 2 nəfər ölüb, 2-si yaralanıb.
K.Əliyevin sözlərinə görə, hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxt Bakının payına düşüb (8 hadisədən 6-sı).
ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti sutkanın qaranlıq vaxtında baş verib. Belə ki, bu vaxtlar baş verən yol qəzaları zamanı 7 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
K.Əliyev bir daha sürücülərdən diqqətli olmağı xahiş edir: “Xüsusilə havaların yağmurlu keçməsi ilə əlaqədar sürücüllər diqqətli olmalı, əsasən ara məsafəsinə, avtomobilin idarə edilməsi zamanı sürətə fikir verməlidir”.