XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2016 - 04:31

Milli Şura hakimiyyəti “sosial partlayış”la hədələdi:"Dərhal islahatlara başlanılmalıdır"

milli-sura-sedaret1

Milli Şuranın Koordinasiya Mərkəzi növbəti iclasını keçirib.

Strateq.az azadliq.info-ya istinadla xəbər verir ki, iclas ölkə gündəmindəki bir neçə vacib məsələnin müzakirəsinə həsr olunub.

Koordinasiya Mərkəzi, ilk növbədə, ölkədə sosial-iqtisadi vəziyətin ağırlaşmasını müzakirəyə çıxarıb. Tarif Şurasının işıq və qaz pulunu bahalaşdırmaq qərarının ardınca ölkədə total qiymət artımının yaşandığı xüsusi narahatlıqla qeyd olunub. Bildirilib ki, gəlirləri yaşayışına onsuz da yetməyən əhali bu kütləvi bahalaşma qarşısında daha da müdafiəsiz vəziyyətə düşüb. Hökumət qiymət artımlarının təsirini heç olmasa yüngülləşdirmək üçün də hər hansı bir tədbir görmür. Əksinə, hökumət üzvləri və deputatların təklifləri başqa sahələrdə də qiymətləri artırmaq və dövlətin sosial mükəlləfiyyətlərini vətəndaşların öz üzərinə qoymaq istiqamətindədir.

Milli Şura üzvləri bunu hökumətin vətəndaşlar qarşısında özünü aşkar məsuliyyətsiz aparması kimi qiymətləndirib. Bildirilib ki, ölkədə yaranmış sosial-iqtisadi problemlərə görə bilavasitə məsuliyyət daşıyan hakimiyyət insanları bu problemlərlə baş-başa buraxıb, özünü kənarda tuta bilməz. Vurğulanıb ki, hakimiyyət dərhal ölkəni bu vəziyyətdən çıxaracaq köklü islahatlara başlamasa, ölkədə sosial partlayış qaçılmaz hala gələcək.

Koordinasiya Mərkəzi qərara gəlib ki, ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə bağlı ölkənin tanınmış müstəqil iqtisadçılarının iştirakı ilə dinləmə təşkil etsin.

Koordinasiya Mərkəz iclasında ötən il baş vermiş Nardaran hadisələrinə görə həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəmə prosesindəki neqativ dəyişiklik də müzakirəyə çıxarılıb. Bildirilib ki, məhkəmədə vəkillərə təzyiq göstərilir və prosesin məhkumların iştirakı olmadan keçirilməsinə çalışılır…

Milli Şura üzvləri növbəti məsələ kimi, Azərbaycan hökumətinin durmadan xarici borclanmaya getməsini müzakirə edib. Qeyd olunub ki, ölkə iqtisadi böhrana salındığı son illərdə beynlxalq maliyyə instutlarından xeyli məbləğdə kredit alıb və davamlı kredit axtarışlarında olub. Son fakt kimi, hökumətin Asiya İnkişaf Bankından 1.5 milyard dollar kredit alması göstərilib.

Bildirilib ki, Azərbaycan hökuməti ötən bir neçə ildə böyük neft pullarını, eləcə də ölkəyə gələn milyardlarla sərmayəni səmərəsizcə və səriştəsizliklə dağıdıb, indi isə xaricdən iri məbləğlərdə kredit alıb, gələcək nəsilləri borcla yükləyir. Milli Şura üzvləri Azərbaycan hökumətindən bu məsələdə hansısa məsuliyyətli davranış gözlənilmədiyini qeyd ediblər. Bilidirblər ki, beynəlxalq maliyyə institutları Azərbaycan hökumətinin kredit müraciətinə baxarkən, onun imicini və xarakterini nəzərə almağa borcludurlar. Onlar Azərbycan hökumətinə yalnız ölkədə köklü iqtisadi və siyasi islahatların aparılması şərti ilə kredit ayırmalıdırlar. Əks halda ayrılan o kreditlərin də korrupsiya və pis idarəçiliyin güdazına getmək riski yaranır. Bu isə o deməkdir ki, gələcəkdə həmin kreditləri heç qaytarmaq da mümkün olmaya bilər.

Koordinasiya Mərkəzi keçmiş MTN-də kök salmış cinayətkar dəstənin məhkəməsinin qapalı keçirilməsinə dә etiraz edib. Vurğulanıb ki, həmin dəstənin törətdiyi cinayətlər əsasən şəxsiyyət əleyhinə, ya da dövlətə və ya digər şəxslərə məxsus mülkiyyətin yağmalanması ilə bağlı olan cinayətlərdir və milli təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Milli Şura keçmiş MTN rəhbərliyinin yaratdığı cinayətkar dəstənin məhkəməsinin qapalı keçirilməsini həmin prosesdə açılmış və açılması gözlənilən digər cinayətləri ört-basdır etmək cəhdi kimi qiymətləndirirərək, hakimiyyətdən tələb edib ki, həmin şəxslərin məhkəməsi açıq keçirilsin və yalnız bir neçə nəfərin mühakiməsilə məhdudlaşmasın, digər təqsirkarlar da məsuliyyətə cəlb olunsunlar.