XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2016 - 21:08

Lavrov:“ATƏT müşahidəçilərinin harada yerləşdiriləcəyinə dair hələlik konsensus əldə edilməyib”

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olub-olmaması barədə Azərbaycan jurnalistlərinin sualını cavablandıraraq ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlətin XİN rəhbərlərinin, Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə bu yaxınlarda Vyanada keçirilmiş görüşün, habelə RF Prezidenti Vladimir Putin ilə münaqişə tərəfləri olan hər iki ölkənin prezidentləri arasında ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıb.

O xatırladıb ki, atəşkəs rejimini yenidən təsdiq etməyin və müşahidəçilərin sayını “cüzi” – yeddi nəfər artırmağın zəruriliyi barədə razılaşma əldə edilib.

“Hesab edirik ki, razılaşmalar ATƏT-in qərarında təsbit edilməlidir və bunun üçün konsensus tələb olunur”, – deyən nazir əlavə edib ki, müşahidəçilərin sayının artırılması faktına dair konsensus əldə edilib, lakin onların harada yerləşdiriləcəyi barədə konsensus yoxdur. Onun fikrincə, həmin müşahidəçilər qüvvələrin təmas xətti boyunca yerləşdirilməlidir. Lavrov deyib: “Amma hələlik konsensus yoxdur”.

Lakin nazir bu barədə fikir ayrılığının nədən ibarət olmasını dəqiqləşdirməyib(azərtac).