XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 11:21

Dmitri RoqozinAzərbaycana gəlir

Bakıda dekabrın 16-da Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

 Bu barədə "Report"a diplomatik mənbələrdən bildiriblər.

Bununla əlaqədar Rusiya hökuməti sədrinin müavini, hökumətlərarası komissiyanın Rusiya tərəfindən olan həmsədri Dmitriy Roqozin Bakıya səfər edəcək.

İclasda iki dövlət arasında əlaqələrin hər bir sahədə inkişaf etdirilməsi, yeni sazişlərin imzalanması və digər bu kimi məsələlər müzakirə olunacaq.