XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 18:03

İşsizlik, pensiya, maaş, xalq diplomatiyası… –BQP-dəki toplantıda müzakirə olundu

fazil-esas

Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti toplantısı olub.

Partiyadan Strateq.az-a verilən məlumata görə, BQP başqanı Fazil Mustafanın sədrliyi ilə bugün keçirilən BQP Siyasi Qurulunun iclasında bir sıra məsələlər müzakirə edilib.

İclasda partiya rəhbəri Fazil Mustafa Milli Məclisin komitə və plenar iclaslarındakı çıxışlaıı, qaldırdığı məsələlər, irəli sürdüyü təkliflər barədə qurum üzvlərini məlumatlandıb.

İclas iştirakçıları 2014-cü ilin noyabrından 2016-c ilin noyabr ayınadək olan dövrdə qələmə alınan məqalə və statuslar toplusundan ibarət yeni, ”Düşünürüksə varıq” adlı növbəti kitabının çapdan çıxması ilə əlaqədar BQP Başqanını təbrik edib, ona elmi-publisistik və siyasi fəaliyyətində yeni uğurlar arzulanıb.

Siyasi Qurul BQP Ali Məclisinin sədri Ə.Əliyevin partiyanın rayon və şəhər təkilatlarının fəaliyyətlərinin nizamnaməyə uyğunluğunun vəziyyəti barədə məruzəsini dinləyib, müzakirələrdən sonra mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq qərar qəbul edib.

İclas ölkə iqtisadiyyatında inhisarçılığın hələ də ciddi çəkiyə malik olduğunu, sağlam rəqabətin olmamasını qeyd edib. 

Vurğulanıb ki, ölkədə işsizliyin sayı artan templə davam etməkdədir. Problemin həllində müsbət nəticələrin alınmasında istəkliyiksə, sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülməli, ölkəmiz üçün, onun milli təhlükəsizliyi üçün ciddi təhdidlərə çevrilən, kriminal sahəyə və qeyri-sağlam həyat tərzi üçün axına münbit şərait yaradan işsizliyin aradan qaldırılmasına ciddi əhəmiyyət verilməlidir. 

Bu mənada Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə Azərbaycanda işədüzəltmə mərkəzi təsis edilməsinin nəzərdən keçirilməsi müddəasının yer alması problemin həllində yardımçı ola bilər.

Siyasi Qurulda pensiyaya görə orta yaş həddinin artırılması ilə bağlı səslənən fikirlərə münasibət bildirilib. 

Qeyd edilib ki, indiki şərtlərdə ölkədə pensiyaya görə yaş həddinin artırılmasına edilən çağırışlar sosial ədalətdən uzaq fikirlərdir: "Nə qədər ki, Azərbaycanda orta yaş həddində, insanların orta ömür müddətlərində müsbətə doğru əsaslı dəyişikliklər baş verməyib, o halda pensiya yaşının artırılması məqsədəuyğun deyil. Belə addımın atılması həm də, vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azalmasına gətirib çıxarar”.

Siyasi Qurulun iclasında partiya başqanının Milli Məclisin plenar iclasında mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsaitin artırılması, təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırlması ilə bağlı irəli sürdüyü təkliflər dəstəklənib.

İclas Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma "DQR”-in "baş naziri” Araik Arutünyanın ABŞ Konqresində çıxışına kəskin münasibət bildirib:

"Dekabrın 6-da separatçı rejimin "baş naziri” Konqesdə "DQR”-in "25 illik müstəqillik yubileyi”nə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycana qarşı uydurma ittihamlar irəli sürməsinə şərait yaradılması sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan., Amerikanın ikili stndartlardan əl çəkməməsi və faktiki olaraq, erməni terrorçularını dəstəkləməsinin sübutudur”.

Siyasi Qurul Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti arasında görüş barədə ilkin razılaşmalar əldə edilməsinə diqqəti yönəldib. 

Qeyd edilib ki, "xalq diplomatiyasının tərkib hissəsi kimi nəzərdə tutulan bu təşəbbüslər Ermənistanın təxribatçı hakimiyyətinin təhrikləri fonunda və müstəqil siyasi iradəyə malik olmayan parlament üzvləri ilə keçiriləcəyindən, bu toplantılardan ciddi siyasi nəticələrin, müsbət irəliləyişlərin əldə edilməsini gözləmək yersizdir".

İclasda Almaniyanın sədrliyi ilə Hamburqda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaq bəyanatla çıxışa münasibət bildirilib. Qeyd edilib ki, adı çəkilən sənəddə müəyyən müsbət məqamlar olsa da, ümumilikdə "Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin Qarabağ məsələsinin həlli ilə bağlı bəyanatları konkret ad çəkilməsə də, əslində Azərbaycana qarşı yönəlib. "Münaqişənin hərbi yolla həlli yoxdur” ifadəsi "Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı torpaqlarının güc vasitəsi ilə işğaldan azad etməsi hüququnun tanınmamasına mesajdır.

Dörddə bir əsrlik problemin həllində məsuliyyət daşıdıqlarını yaddan çıxaran həmsədrlər əslində status-kvonun saxlanmasının qarantı funksiyasını yerinə yetirməklə məşğuldurlar.

Hamburqda ATƏT toplantısı davam edərkən, Ermənistanın danışıqlardan yayınması və Sarkisyanın Dağlıq Qarabağda hərbi müşavirə keçirməsinə göz yumulması da ATƏT-in işğalçı ölkəyə dəstəyi kimi başa düşülməlidir”.

İclasın sonunda cari məsələlər müzakirə edilib.