Böyük Quruluş Partiyası (BQP)Türkiyədə baş vermiş terror hadisəsi ilə bağlı başsağlığı mesajı yayınlayıb.
Partiyadan Strateq.az-a daxil olan məlumata görə, bəyanatda İstanbulda törədilən dəhşətli terror hadisəsi ən şiddətli şəkildə qınanır, partiyanın terrorizmlə mübarizə aparan Türk xalqı və Türkiyə Cümhuriyyətinin yanında yer aldığı bəyan edilir:
"Böyük Quruluş Partiyası qardaş ölkənin daxili stabilliyini pozmağı, günahsız insanların həyatını hədəf alan,qanun və qəbul edilən normalara zidd olan terror aktlarını şiddətlə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağlıqlarına qovuşmalarını arzu edir".