XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2016 - 17:05

“Tramp Rusiya ilə Minsk Qrupu çərçivəsində daha fəal çalışmaq istəyəcək” –  Metyu Brayza

metyu-brayza

"Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir çox müsbət və mənfi məqamlar müşahidə olunub".

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu ilin iyununa qədər prosesdə fəallıq müşahidə olunurdu, lakin prezidentlərin Sankt-Peterburq görüşündən sonra proses bir qədər ləngiyib: “Ümid edirik ki, gələn il Azərbaycan və Ermənistan prezidentləri yeni görüş barədə razılığa gələcək və dialoq davam etdiriləcək”.

Keçmiş səfir qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Cənubi Qafqazla bağlı hansı siyasəti həyata keçirəcəyi hələlik məlum deyil: “Tramp dəfələrlə qeyd edib ki, o, Rusiya ilə yaxşı münasibət qurmaq istəyir.

Mən bildiyimə görə, ABŞ və Rusiyanın Cənubi Qafqazda birgə çalışdıqları yeganə format ATƏT-in Minsk qrupudur. İstisna olunmur ki, Tramp administrasiyası Rusiya ilə Minsk Qrupu çərçivəsində daha fəal çalışmaq istəyəcək”.

Trend