XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:30

Deputat:"Azərbaycan-İsrail əlaqələrinin səviyyəsi hər iki dövlətin mənafeyini əks etdirir"

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev B.Netanyahunun Azərbaycana səfərini şərh edərkən deyib.

O qeyd edib ki, Azərbaycanda əsrlər boyu mövcud olan multikulturalizm ənənələri yəhudilərin min illər boyu azərbaycanlılarla bərabər, rahat, dostluq, qardaşlıq şəraitində yaşamasını təmin edib:

"Bu səfər iki ölkə arasında iqtisadi, siyasi, texniki, hümanitar, müdafiə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və yəhudi xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından böyuk əhəmiyyətə malikdir. Bu səfər müxtəlif sahələri əhatə edən əməkdaşlığın, iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına şərait yaradacaq. Dövlətlərarası münasibətlərin mövcud vəziyyəti və perespektivləri həm regionda, həm də dünyada təhlükəsizliyin və sabitliyin bərpa olunmasına xidmət edəcək. Azərbaycanın başqa dinə və mədəniyyətə sahib İsraillə münasibətlərinin belə yüksək səviyyəyə çatması Yaxın Şərqdə, eləcə də bütün dünyada dövlətlər və xalqlararası münasibətlərin tənzimlənməsi üçün bir nümunədir".