XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 15:58

Nazirlər Kabineti ləğv ediləcək? –Deputatdan açıqlama

nazirler-kabineti

Prezident İlham Əliyev tərəfindən cəmiyyət qarşısında duran problemlərin həllinə dair çox ciddi qərarlar verilir və bu istiqamətində əhəmiyyətli addımlar atılır. Bunların nəticəsini hər bir Azərbaycan vətəndaşı buğun-sabah öz həyatında birbaşa hiss edəcək.

Strateq.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında yanvarın birinci yarısından Nazirlər Kabinetinin buraxılacağı haqda mediada yayılan qeyri-rəsmi məlumata münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu tip məsələlər ikinci dərəcəlidir:

“Əsas məsələ konstitusiyaya edilən dəyişikliklərlə bağlı referendumun keçirilməsi idi. Milli valyutanın stabilliyi ilə bağlı Maliyyə Sabitliyi Şurasının yaradılması və qarşıya konkret vəzifələrin qoyulması, milli iqtisadiyyatın inkişafına dair yol xəritələrinin tərtib edilməsi də mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı və hakimiyyət tərəfindən hazırda cəmiyyət qarşısında problemlərin həllinə dair çox ciddi qərarlar verilir və bu istiqamətində əhəmiyyətli addımlar atılır. Bunların nəticəsini hər bir Azərbaycan vətəndaşı buğun- sabah öz həyatında hiss edəcək”.

Nazirlərin Kabinetinin ləğvinə gəlincə, deputat hesab edir ki, təşkilati, texniki məsələlər ilk növbədə qarşıda duran vəzifələrin həllini həyata keçirməkdən ötrüdür:

“Ara-sıra ortaya atılan bu tip məsələlərin elə bir əhəmiyyəti yoxdur. Əsas strategiyanın düzgün tutulması, yolun doğru götürülməsi və bu istiqamətdə çox ciddi fəaliyyətin aparılmasıdır ki, istənilən nəticə əldə edilsin”.