Avropa İttifaqı Azərbaycanla münasibətləri tənzimləyəcək yeni razılaşma barədə yeni ildən danışıqlara başlamağı səbirsizliklə gözləyir.
Bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mard deyib. (APA)
O bildirib ki, Azərbaycanla əməkdaşlığın yeni hüquqi müstəvidə qurulmasına qərar verilib: "Hazırkı hüquq müstəvisi 1996-cı ildə bərqərar olmuşdu. Daha dərin, daha əzmkar əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəvi formalaşdırmaq və razılaşdırmaq lazımdır”.
M. Mard bir il ərzində Aİ-nin iki yüksək vəzifəli məmurunun bir ölkəyə gəlməsinin istisna hal olduğunu söyləyib.