XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 19:05

Türkiyənin Azərbaycandakı səfiri:"Bilsinlər ki, onları əzib yox edəcəyik"

erkan-ozoral-sefir

"Millət olaraq hamımız kədərliyik. Heç kəs terror aktı ilə nə Türkiyəni sarsıda, nə də türk millətinin gözünü qorxuda bilər".

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Biz kədərli ola bilərik, amma terrorla mübarizə aparmağa tam qərarlıyıq" – səfir bildirib.

Onun sözlərinə görə, türk milləti terrorla mübarizədə hər zaman hökümətin yanındadır: "Adı nə olur olsun, istər PKK, istər İŞİD, istərsə də FETÖ, fərq etməz, bilsinlər ki, onları əzib yox edəcəyik".

Report