XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 18:07

ABŞ-ın nəqliyyat komandanı:"Azərbaycan strateji baxımdan çox əhəmiyyətli ölkədir"

ilham-abs-neqliy

Xəbər verdiyimniz kimi, Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun Azərbaycana səfərinin ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə yaxşı tarixə malik əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanlığı ilə sıx təmasların və əməkdaşlıq əlaqələrin olduğunu qeyd edib, general Darren MakDyunun səfəri zamanı görülmüş işlərin nəzərdən keçirilməsinin və gələcək planların müzakirəsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında ilk iştirak edənlərdən olduqlarının və 15 ildir orada fəaliyyət göstərdiklərini vurğulayaraq bunu Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu deyib.

Əfqanıstana həsr olunan NATO sammitində iştirakına toxunan dövlət başçısı bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev son illərdə ölkəmizlə Əfqanıstan arasında çox uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edərək Əfqanıstan prezidentinin iki dəfə ölkəmizə səfər etdiyini və onunla görüşlər keçirdiyini, ölkələrimiz arasında çox yaxşı işgüzar əlaqələrin qurulduğunu qeyd edib.

ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun Azərbaycanın strateji baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd edib. Ö, güclü əməkdaşlıq əlaqələrinə görə prezident İlham Əliyevə minnətdarlıq edərək bunun təkcə öz ölkəsi üçün deyil, Əfqanıstana dəstək verən bütün ölkələr üçün mühüm əhəmiyyət daşıdığını deyib.

D. MakDyun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasının komandanının prezident İlham Əliyevə Azərbaycan hərbçilərinin Əfqanıstanda iştirakına və eləcə də hərbçilərimizin peşəkar xidmət göstərmələrinə görə təşəkkürünü çatdırıb.