XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2016 - 12:18

Ayaz Mütəllibov:“Heç kimə “Milli Qəhrəman” adı verməmişəm”

ayaz-mutellibov-yeni-esas

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımız bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzünə qarşı səfərbər olub, vətən və millət naminə düşmənlə ölüm-dirim mübarizəsinə qalxıb. Bu mübarizədə bir çox igid oğullarımız şəhid olublar.

Onların Vətən uğrundakı qəhrəmanlıqlarını yüksək qiymətləndirilərək, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüblər.

Azərbaycanın eks-prezidenti olan Ayaz Mütəllibovun dövründə nə qədər insan Milli Qəhrəman adına layiq görülüb?

Eks-prezident Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib:

“Həmin dönəmlərdə SSRİ dağılmışdı. Azərbaycan yeni yaranan dövlət idi. Ona görə də, prezident olduğum müddətdə “Milli Qəhrəman” adının verilməsi  halı baş verməyib. Məndən sonra hakimiyyətə gələnlərin dövründə “Milli Qəhrəman” adı alanlar çox olub. Həm  Xalq Cəbhəsi hakimiyyətinin, həm, Heydər Əliyevin, həm də İlham Əliyevin prezidentliyi dövründə bir çox döyüşçüyə “Milli Qəhrəman” adı verilib”.