XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 11:09

Elmar Məmmədyarov Lavrova başsağlığı verdi –Mətn

elmar

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, Elmar Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Serqey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.

Elmar Məmmədyarov məktubda həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.