Bu gün ADP, Azadlıq, AXP, AQ Parti, KXCP, VİP sədrlərinin toplantısı olub.
KXCP-dən Strateq.az-a verilən məlumata görə, toplantıda Türkiyədə Rusiya səfirinin ölümü ilə nəticələnən sui – qəsd aktını Türkiyəyə və region ölkələrinə təxribat aktı kimi dəyərləndirib və pisləyiblər.
Toplantıda habelə Avropa təşkilatlarında Azərbaycan adına korrupsiya faktları barədə ortaya atılan məsələlərin diqqətlə araşdırılmasını, təqsirkarların cəzalandırılmasını və belə halların ardan qaldırılması üçün tədbirlər görülməsini tələb ediblər.
Əksər hallarda Azərbaycanda demokratiya problemləri ilə bağlı Avropa qurumlarının iqtidar üçün arzu olunmayan qərarlarının qarşısını almaq məqsədi ilə həyata keçirilən bu korrupsiya fəaliyyətlərinin nəticə etibarı ilə ölkənin ümumi imicini ləkələdiyini və beləliklə strateji maraqlarımıza ciddi zərər vurmasına diqqət cəlb edilib.
Partiya sədrləri 25 dekabr 2016- cı il tarixində, saat 13- 00 da ADP qərargahında “Azərbaycan 2017. Müxalifətin vəzifələri və problemləri” mövzusunda keçiriləcək toplantıya hazırlıqla bağlı qərarlar qəbul ediblər.