XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 21:46

Lalə Şövkətin lideri olduğu partiyadan səfirin öldürülməsi ilə bağlı –Bəyanat

lale-sovket

"Qardaş Türkiyənin düşmənləri Ankarada yeni terror aktı törətmişlər – Rusiya Federasiyasının Türkiyə Cümhuriyyətindəki səfiri Andrey Karlov güllələnərək, öldürülmüşdür. Azərbaycan Liberal Partiyası bu terroru qətiyyətlə pisləyir".

Bu sözlər Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyasından Strateq.az-a daxil olan bəyanatda əks olunub. 

Bəyanatda vurğulanır ki, ALP-nin qənaətincə, bu terror Türkiyənin gücünün artmasını istəməyib, onun zəifləməsinə çalışanların əməlidir: 

"Bu cür amansızlıqlarla Türkiyəni dayandırmaq artıq mümkün deyil. ALP hesab edir ki, qüdrətli Türkiyə Cümhuriyyəti heç nəyə baxmayaraq, inkişaf edəcək, regionda və dünyada öz nüfuzunu, təsirini daha da artıracaq.

ALP səfir Andrey Karlovun ailə üzvlərinə və yaxınlarına, prezident V.Putinə və R.T. Ərdoğana, onların timsalında Rusiya və Türkiyə dövlətlərinə, rusiyalılara və türk xalqına dərin hüznlə başsağlığı verir".