XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2015 - 15:47

Harri Kasparov: “Putin Kremldə öləcək”

“Avropa təslim olmamalıdır”

Rusiya müxalifi Harri Kasparov Hollandiyanın Tilburqdakı Nexus institutnda çıxış edərkən Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Ukraynaya silah verməyə çağırıb.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Kasparov deyib: “Putin hiss etsə ki, biz (Qərb-red.) zəiflik göstəririk, o daha dərinə gedəcək. Putin Avropa üçün təhlükə yaradır. II Dünya Savaşı bitəndən bəri ilk dəfə olaraq Avropada sərhədlər diktator tərəfindən dəyişdirilib. Həm də Qərb bu gün Putinə qarşı qəti şəkildə çıxış etməsə, onda Ukrayna, həmçinin Baltikyanı təhlükəyə düşəcək. Avropa təslim olmamalıdır”.

Kasparov Putini həm də İŞİD terror qurumu ilə tutuşdurub və qeyd edib ki, “Putin ömrünün qalan hissəsini Kremldə keçirəcək, Kremldə də öləcək. Amma bax, necə və nə vaxt – mən bunu bilmirəm”.