XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2016 - 12:21

İrakli Kobaxidze:"Azərbaycan bizim strateji tərəfdaşımızdır"

"Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz dövlətlərimiz, xalqlarımız və parlamentlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirməyə, möhkəmləndirməyə çalışacağıq".

Bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib.

İrakli Kobaxidze deyib: “Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var. Bizim dövlətlərimiz arasındakı münasibətlər də çox yüksək səviyyədədir. Yeni seçilmiş parlament bu əlaqələri daha da genişləndirmək üçün səylərini artıracaq.

Parlamentin sədri hər iki ölkənin deputatlarının beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq etdiklərini xüsusi vurğulayıb. Bildirib ki, Gürcüstan tərəfi parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır.

İrakli Kobaxidze gələn il Azərbaycana səfər etməyi planlaşdırdığını və artıq bu istiqamətdə işlərin görüldüyünü diqqətə çatdırıb.