XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 16:56

Yeni birlik yaradıla bilər- Türkdilli Ölkələrin İqtisadi İttifaqı

Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi ittifaq yaratmaq, azad ticarət rejiminə keçmək və gömrük güzəştlərini artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində jurnalistlərə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazirin sözlərinə görə, türkdilli ölkələr arasında iqtisadi əlaqələr mövcud potensiala cavab vermir.

N.Zeybekçi deyib: “Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əhalisinin sayı 115 milyondur. Bu ölkələrin milli gəlirinin ümumi həcmi 1,2 trilyon dollar təşkil edir. Türkdilli ölkələrin xarici ticarət dövriyyəsinin ümumi həcminin 600 milyard dollara bərabər olmasına baxmayaraq, bu ölkələr arasındakı qarşılıqlı ticarət həcmi bu gün yalnız 2 faiz təşkil edir. Biz bu göstəricini 5-10 faiz həddinə çatdırmalıyıq.”

Türkiyəli nazir qeyd edib ki, əgər türkdilli dövlətlər iqtisadi münasibətləri möhkəmləndirsələr, siyasi və digər sahələrdə də əlaqələr genişlənəcək.