XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2016 - 19:09

Sabiq deputat Gülər Əhmədova yeni işə başladı –Psixoloq kimi

guler-ehmedova

Sabiq deputat Gülər Əhmədova Psixoterapiya mərkəzində psixoloq kimi fəaliyyət göstərəcək.

Strateq.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Gülər Əhmədova yeni işindən də danışıb:

“Psixologiya elmləri namizədiyəm. Universitetdə də dərs demişəm. Yeni iş yerimdə tətbiqi psixologiya ilə məşğul olacam. Eyni zamanda, elmi araşdırmalarımız var ki, onu da burada davam etdirəcəyik. Bu günün ən aktual mövzularından olan intiharlarla bağlı araşdırmalarımız var. O sahədə müəyyən proyektlər həyata keçirməyi düşünürük. İntiharların önlənməsi profilaktikası ilə bağlı müəyyən fikirlərimiz var. Qismət olsa, psixoloji mərkəzdə onları həyata keçirəcəyik. Eyni zamanda da, tətbiqi psixoloq kimi həm ailə, həm şəxs, həm də konfliktologiya kimi məsələlərlə bağlı işlərimiz olacaq”.

Gülər Əhmədova Psixoterapiya mərkəzinə psixoloq Dəyanət Rzayev tərəfindən dəvət edildiyini deyib:

“Psixoterapiya mərkəzində çalışmağa məni Dəyanət Rzayev dəvət edib. Dəyanət Rzayevlə həmkar kimi çox yaxşı münasibətlərimiz olub. Dəyanət Rzayev hörmət etdiyim və işini qiymətləndiriyim psixoloqdur. Yaxşı və çətin günün dostudur. Psixologiya mərkəzinə məni dəvət edərkən onunla çalışmağa üstünlük verdim”.