XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 Mart 2015 - 21:01

Baş konsul soydaşlarımıza səsləndi – Kaliforniyada tədbir (FOTO)

tedbi-koliforniya.jpeg

ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması Novruz bayramı münasibətilə tədbir keçirib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a daxil olan məlumata görə, Amerika-Azərbaycan Cəmiyyətinin Qərb Nümayəndəliyinin təşkil etdiyi və Los Anceles yaxınlığında keçirilən tədbirə həmvətənlərimizlə yanaşı, ABŞ və Kaliforniya ictimaiyyətinin tanınmış nümayəndələri də böyük maraq göstərib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bütün qonaqları təbrik edərək, belə bir əlamətdar günü birgə keçirməkdən məmnunluğunu bildirib.

O qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Diplomat vurğulayıb ki, bu bayram, həmçinin, sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən soydaşlarımıza səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var: “Buna görə də, bu müstəqil dövlətimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlıların bu dövlət ətrafında sıx birləşməsi, Vətənimizin inkişafına öz töhfələrini verməsi olduqca vacibdir”.

Bayram tədbirində iştirak edən ABŞ Konqresinin Kaliforniyadan olan nüfuzlu üzvü, Konqresin Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Ed Roys çıxış edərək, Azərbaycan icmasını təbrik edib. O, 2014-cü ildə ölkəmizə etdiyi səfərə toxunaraq, Azərbaycanın parlaq gələcəyinin olduğunu vurğulayıb, qarşıdakı illərdə Azərbaycan xalqının daha böyük nailiyyətlərə imza atacağına inandığını bildirib.

Tədbirdə həmçinin, Kaliforniyanın Irvine şəhərinin meri Steven çoy, Fountain Valley şəhərinin meri Stiv Neyql və yerli ictimaiyyətin digər nüfuzlu simaları iştirak edib.

Eyni zamanda, ABŞ Konqresinin Kaliforniyadan olan digər üzvləri Loretta Sançez və Deyna Rorabakerin nümayəndələri də tədbirə qatılaraq, qeyd olunan konqresmenlər tərəfindən Azərbaycan icmasına ünvanlanmış təbrik məktublarını təqdim ediblər. Bununla yanaşı, konqresmen Mimi Uolters, Kaliforniya Ştat Senatının üzvü senator Bob Haf, eləcə də Newport Beach Şəhər Şurası və Orange Vilayətinin Nəzarətçilər Şurası adından Azərbaycan icmasını təbrik üçün qəbul edilmiş bəyanatlar oxunub.

Strateq.az