Kolomoyski: “Dnepropetrovsk vilayətində üsyan istisna olunmur”
Ukrayna dövlət başçısının saytı xəbər verir ki, prezident Poroşenko mülkiyyət tipindən asılı olmayaraq səhmdarlar yığıncağı üçün yetərsayın azaldılması barədə qanun imzalayıb.
Qeyd edək ki bu qanun imzalanandan sonra biznesmen İqor Kolomoyski “Ukrnafta” müəssisəsi üzərində nəzarəti itirir.
Xatırladırıq ki, Poroşenko bir müddət əvvəl İqor Kolomoyskini Dnepropetrovsk administrasiyası başçısı vəzifəsindən azad edib.
Kolomoyski isə əvvəllər bildirmişdi ki, Dnepropetrovsk vilayətində üsyan imkanı istisna olunmur. Məlumat verilirdi ki, oliqarxın tərəfdarları Ali Radada ayrıca qrup yarada bilərlər.
Kolomoyski ilə Ukrayna hökuməti arasındakı münasibət səhmdar cəmiyyətlər barədə qanuna düzəlişdən sonra korlanıb. Bu düzəlişdən sonra o, “Ukrnafta” üzərində nəzarəti itirib. O, martın 19-da silahlı mühafizənin müşayiəti ilə şirkətin ofisinə gələrək idarə heyətinin sədri vəzifəsindən götürülümüş Lazorkonu dəstəkləyib. Bundan sonra Kolomoyskinin jurnalistlərlə münaqişəsi yaranıb. Poroşenko peşə etikasını pozduğuna görə Kolomoyskiyə töhmət elan edib.