XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 13:40

Pənah Hüseyn:“Azərbaycan dövləti və xalqının taleyi Türkiyədəki proseslərlə sıx bağlıdır”

penah

“Rusiya-Türkiyə yaxınlaşmasının nəyə xidmət etdiyini hadisələrin gedişi göstərəcək. Bu yaxınlaşma bölgədəki münaqişələrin aradan qalxmasına xidmət edəcəksə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli şərait yaradacaqsa, əlbəttə ki, bu, arzuolunan nəticə olardı”.

Strateq.az bildirir ki bu sözləri sabiq baş nazir Pənah Hüseyn teleqraf.com-a müsahibəsində deyib.  Onun sözlərinə görə hər halda əsas məsələ terror və müharibələrin aradan qaldırılmasıdır. Regionda sülhün bərqərar olması prioritet vəzifədir.

 Rusiya səfirinə qarşı siu-qəsd faktına toxunan bildirib ki, bu, açıq-aydın Rusiyanın Türkiyə ilə yaxınlaşmasının qarşısını almağa yönəlmiş aksiya idi: “Əlbəttə, Rusiyanın Suriyada apardığı silahlı münaqişədə rolu, orada insan tələfatı, yüz minlərlə insanın öz yurdlarını tərk etməsi ilə nəticələnmiş vəziyyətin də təsiri var. Mənim fikrimcə, əsas amil hər iki tərəfin dediyi kimi, Rusiya-Türkiyə münasibətlərini ciddi şəkildə pozmaq və bu əsasda regiondakı qlobal xarakterli toqquşmaları qızışdırmaqdan ibarət idi”.

Türkiyədə tez-tez terror hadisələrinə toxunan P.Hüseyn deyib ki, Türkiyə və onun ətrafında baş verən hadisələrdən çox narahatdır:  “Çünki Türkiyədə hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, qardaş ölkənin vətəndaşları qədər Azərbaycan vətəndaşlarının əksəriyyəti də orada gedən proseslərdən dolayı həyəcanlanır, bu proseslərin türk dövləti və xalqı üçün uğurla getməsini arzulayırlar. Bizim üçün öz vətənimiz və dövlətimizin taleyi qədər Türkiyədə gedən proseslər də maraqlıdır. Ona görə ki, Azərbaycan dövləti  və xalqının taleyi Türkiyədəki proseslərlə sıx bağlıdır”.

P.Hüseyn bildirib ki, baş verən terror aktlarını bunu müəyyən xarici güclərin regiondakı siyasətinin nəticəsi hesab etmək olar: “Əsrlərdən bəri müsəlman xalqları arasında məzhəb müharibəsi salınıb, açıq döyüşlər, silahlı toqquşmalar insan itkiləri ilə müşahidə olunub. Əlbəttə, bəlkə bunu körükləyənlər özləri də onun cəzasını çəkir. Çünki terror Amerikanı da bürüyüb. Suriyada gedən proseslərə gəlincə, o qənaətdəyəm ki, burada Türkiyə hakimiyyətinin də xarici siyasətində müəyyən yanlış qərarların qəbulundan danışmaq mümkündür. Amma hazırda bunun üzərində daha çox Türkiyənin öz siyasətçiləri dayanmalıdır”.

Onun sözlərinə görə, ən birinci məsələ Atatürk Cümhuriyyəti dövründən bəri Türkiyənin məzhəbçi siyasət aparmamamsı, ümummüsəlman siviliziyasının lideri olmağa can atması, müasir dünyəvi siyasət aparması və bütün İslam xalqlarının, bütün dünyanın maraq və mənafelərini müdafiə etməsi idi. “Təəssüf ki, bu məsələdə son dövrdə Türkiyədə geri çəkilmələr müşahidə edirik. Türkiyə üçün yaranmış problem də əsas etibarilə bununla bağlıdır, Azərbaycanın taleyi ilə də sıx əlaqədar məsələdir. Bir nömrəli təhdid və təhlükələrdən biri region xalqları üçün terrorla yanaşı məzhəb bölücülüyü məsələsidir. Müsəlman xalqları, o cümlədən Azərbaycan cəmiyyəti belə bir təhlükəni ciddi şəkildə önləməlidir. Bu, əvvəl-axır terrora aparıb çıxaran ciddi faktorlardan biridir”.