XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 13:53

Xələf Xələfov:“Xəzərin hüquqi statusu ilə bağlı çox məsələ razılaşdırılıb”

xezer.jpg

"Xəzərin hüquqi statusu ilə bağlı çox məsələ razılaşdırılıb. Bunu faizlə demək çətindir. Əksər məsələlər həllini tapıb. Bir sıra çox vacib məsələ isə qalıb. Danışıqlar aparırıq. Planlaşdırırıq ki, Astanada keçirilməsi nəzərdə tutulan növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq".

 Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, işçi qrupu bu məsələləri xarici işlər nazirlərinin görüşünə kimi tamamlamalıdır. (APA)

 "Biz bu görüşə kimi bütün açıq məsələləri yekunlaşdırmağı düşünürük. Məqsəd sammitə kimi Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsini bitirib dövlət başçılarının imzalamasına təqdim etməkdir. Böyük iş görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün beş tərəfin yanaşmasında yaxınlıq var. Bir neçə detal qalıb. Bunlardan ən mühümü bölünmə prinsipləri ilə bağlıdır", – deyə o qeyd edib.

 X. Xələfovun sözlərinə görə, işçi qrupunun iclası yanvarın üçüncü ongünlüyündə ya Aşqabadda, ya da Bakıda olacaq: "Hazırda bu məsələ ilə bağlı dəqiqləşmələr aparırıq".