XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 14:09

İranın rabitə naziri:“Azərbaycan və İran arasında həll olunmamış cüzi problemlər qalıb”

vaeizi

"Üç il bundan öncə Azərbaycan və İran arasında mövcud olan cüzi problemlər bu gün artıq öz həllini tapıb".

Bunu bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı qonşu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib. (APA)

 O, bu problemlərin həlli üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Mən bu problemlərin həlli üçün Azərbaycan tərəfinə təşəkkür edirəm. Bu gün bu problemlərin cüzi hissəsi qalıb və düşünürəm ki, bu problemlər də tez bir zamanda həll olunacaq".

Nazir qeyd edib ki, sözügedən problemlərdən biri də iki ölkənin bank sektorları arasındakı əməkdaşlıqla bağldır: "Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı tapşırığını verib. Tez bir zamanda iki ölkənin bank sektorunun nümayəndələri arasında görüş keçiriləcək. Hesab edirəm ki, bu problem də həllini tapacaq".

 Onun sözlərinə görə, həllini gözləyən problemlərdən biri də dövlət rüsumları sahəsinə aiddir.