XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2016 - 18:39

BAXCP-dən deputata ağır cavab:"Deputatlar arasında da "otxod" var"

niyameddin

Cəbarıyıl rayonundan deputat seçilən Astan Şahvediyevin Rusiyada yaşayıb pul qazanan soydaşlarımızı “otxod” adlandırması siyasi partiyalar tərəfindən də kəskin reaksiya ilə qarşılanıb.

Bununla bağlı təmsil etdiyi partiyanın möveyini açıqlayan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, onlar bir millət vəkilinin bu cür danışmasını rüsvayçı və üzücü bir olay kimi qiymətləndirirlər:

“Öz ailəsinin dolanışığını təmin etmək üçün Rusiyaya gedib pul qazanan şəxslərə “otxod” demək ayıbdır. Elə təkcə mənim xeyli yaxın qohumlarım var ki, uzun illərdi öz ailəsinin çörəyini məhz Rusiyada, ABŞ-da qazanır. Özləri də çox zəhmətkeş və halal insanlardı. Heç spirtli içki də qəbul etmir, yalnız öz doğmalarının qayğısını çəkirlər. Rusiyada minlərlə, onminlərlə həmyerlimiz var ki, xalqımızı çox yüksək səviyyədə təmsil edirlər. Bu adamların böyük əksəriyyəti Azərbaycan və Türkiyə diasporasının inkişafına töhfələrini verir, daim Azərbaycanın və Türkiyənin milli maraqlarını qoruyurlar. Bunlar Rusiyada da var, Avropada da, Qərbdə də… Bütün bunlara nəzərə almaq lazımdır. Narkoman isə hər yerdə var. Rusiyada da, Avropada da, Qərbdə də, lap elə Bakının mərkəzi küçələrində də… ”Otxod” söhbətinə gəldikdəsə, o da hər yerdə var. Hətta elə Milli Məclisin deputatları arasında da…”