XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 13:51

Səfir:“Azərbaycandan neft alınmasında siyasi çalarlar axtarmaq lazım deyil”

s%c9%99fir-belarus

"Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil”.

Bunu Belarusun Azərbaycandakı səfiri Genadiy Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

"Bizim iki neft emalı zavodumuz var. Onlar postsovet məkanında ən müasir müəssisələrdir. Hazırda bu zavodlar Avro-6 standartına uyğun yanacaq istehsal etməyə hazırlaşır. Burda söhbət Azərbaycandan gələn neftin bu müəssisələrdə emal edilməsindən və yüksək keyfiyyətli benzini Azərbaycan istehsalçısına göndərməkdən gedir. Bizim daxili tələbat üçün Azərbaycandan neft almağımız da mümkündür. Hazırda biz müvafiq xammalı sizdən alırıq”, – deyə səfir vurğulayıb.

Səfir əlavə edib ki, Belarus artıq Sumqayıtdan 5 mln. dollar dəyərində polietilen alıb. O, alınan məhsulların çeşidinin artırılmasının vacibliyini qeyd edib. 

APA