XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 07:25

Obama NATO baş katibi ilə görüşməkdən boyun qaçırıb

Ukrayna böhranına görə hazırda Avropada durum son dərəcə gərginləşib

ABŞ prezidenti Barak Obamanın administrasiyası NATO baş katibi Yens Stoltenberqin Vaşinqtonda Amerika lideri ilə görüş barədə sorğusuna cavab verməyib.

Bloomberg agentliyi yazır ki, bunula belə prezidentin cədvəli çox da sıx görünmür. O, çərşənbə günü əfqan həmkarı Əşrəf Qəni Əhmədzai ilə görüş keçirsə də, bu günə ancaq tibbi sığota mövzusında qısa çıxışı planlaşdırlıb.

ABŞ-ın NATO-dakı keçmiş daimi təmsilçisi Kurt Uolkerin qeyd etdiyi kimi, kiçik Corc Buşun prezidentliyi dönəmində alyansın rəhbəri Vaşinqtonda olarkən belə görüşlər daim keçirilib. O, yada salıb ki, Ukrayna böhranına görə hazırda Avropada durum son dərəcə gərginləşib.

Uolker deyib: “İnanmaq çətindir ki, ABŞ prezidenti NATO-nin indiki katibi ilə görüşməyə vaxt tapmayıb”.