XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 20:43

Etibar Məmmədov:“Bizim yatmış hökuməti tezliklə dəyişmək lazımdır”

etibar-memmedov

“Rəhbərlik bu barədə ciddi şəkildə düşünməlidir ki, gündəlik fəaliyyət göstərə bilən hökumət qursun. Prezident bəzi sahələrin inkişafı ilə bağlı sərəncamlar verir. Sonradan həmin sərəncamların icra olunmaması ilə qarşılaşırıq. Bunun da qarşısının almağın tək və yeganə yolu normal fəaliyyət göstərən hökumət formalaşdırılmaqdır. Belə bir hökumətə ehtiyac var”.

Strateq.az  bildirir ki, AMİP lideri Etibar Məmmədov  bu sözləri Gununsesi.info-ya açıqlamasında deyib.

AMİP liderinin sözlərinə görə, Azərbaycanda gündəlik olaraq fəaliyyət göstərən hökumət yoxdur.

Azərbaycanın kredit reytinqinin də aşağı olduğunu vurğulayan E.Məmmədov bildirib ki, vəziyyət təcili dəyişməlidir: “Hazırda Azərbaycanın kredit reytinqi aşağıdır. Kreditlər alınmalı və alınan kreditlər isə qaytarılmalıdır. Kreditlər istehlak krediti ola bilməz. Kreditlər islahatlar üçün alınmalıdır. Alınan kreditlər hansısa nazirlərin irəli sürdükləri təkliflər əsasında alınmamalıdır. Yol xəritəsi olmalıdır. Ancaq hökümət bunun ətrafında hələlik bir iş görmür. Bizim yatmış hökuməti tezliklə dəyişib, normal hökumət qurmaq lazımdır”.

Azərbaycanın inkişafının həm də Avrointeqrasiyadan keçdiyini xatırladan E.Məmmədov bunun üçün ciddi islahatlara başlamağın zəruriliyini qeyd edib: İqtisadi azadlıqlar olmalıdır. Bu vacibdir”.