XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 10:47

Heydər Əliyevin sabiq köməkçisi:“Trampın Rusiya haqda dediyi isti sözlərə aldanmaq lazım deyil”

eldar-namazov

“Trampın Rusiya haqda dediyi isti sözlərə aldanmaq lazım deyil”.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində Azərbaycan prezidenti katibliyinin sabiq rəhbəri , politoloq  Eldar Namazov bildirib.

Onun sözlərinə görə, SSRİ ilə Amerika savaş aparanda SSRİ möhkəm idi. Nə vaxt ki, Amerikada Reyqanın dövründə Qorbaçovu tərifləməyə, onunla dostluq etməyə başladılar, ata Buş da bunu davam etdi, guya isti münasibətlər yarandı; o zaman SSRİ dağıldı: “Tramp eyni zamanda deyir ki, mən hərbi büdcəni bir neçə dəfə qaldıracam. Mən nüvə silahları sisteminin təkmilləşdirilməsi üçün külli miqdarda vəsait ayıracam. Trampın müşaviri də açıq şəkildə Amerika mətbuatına deyir ki, “Rusiya silahları ilə öyünürsə, biz razı, yarışı yenidən başlayaq. Sürətli silahlanma üçün yaxın 10 ildə buna 10 trilyon dollar vəsait sərf edəcəyik”. Rusiyanın hərbi büdcəsi isə onsuz da Amerikanınkından 20 dəfə aşağıdır. Üstəlik, indidən büdcəsini sosial-iqtisadi problemlərə görə daha da azaldır. Bu günə qədər təhsildə, səhiyyədə nə mümkün idisə, azaltmışdılar…

Politotloqun fikirncə, Tramp hesab edir ki, Rusiya ilə açıq savaşda kəllə-kəlləyə gəlmək lazım deyil. Əksinə, Rusiyanı bu yarışa dəvət etmək lazımdır ki, kimin iqtisadi potensialının daha güclü olduğu üzə çıxsın. Üstünlüyü də orda göstərmək lazımdır.

E. Namazovun sözlərinə görə, Obama administrasiyasından fərqli olaraq Tramp Dağlıq Qarabağla bağlı prosesə o qədər də diqqət yetirməyə bilər. Rusiyanın burda güclənməsinə o qədər də narahat olmaya, buna ikinci dərəcəli məsələ kimi baxa bilər: “İkincisi, Rusiyanın Ermənistana təsiri daha böyükdür, nəinki ABŞ-ın. 90-cı illərdə də Rusiya o prosesin qarşısını aldı, Ter Petrosyanın devrilməsi ilə proses bitdi, Köçəryanla Sərkisyan hakimiyyətə gəldi. İndi də Rusiya qərara gəlsə ki, bu prosesi çox mərhələləli həyata keçirsin, öz qoşunlarını sülhməramlı qüvvələr kimi gətirsin bura; Azərbaycanı da Avrasiya Birliyinə daxil etməyə çalışsın… Rusiya bu qərarda israrlı olsa, onda Ermənistan hakimiyyətinin müqavimətini sındırmalıdır. Onun da bir neçə yolu var. Ya bugünkü Ermənistan hakimiyyətini, Sərkisyan iqtidarını sındırmaq, onu bu qərara gətirmək, ya da həmin hakimiyyəti dəyişməyə cəhd etmək… Levon Ter Petrosyan bugünlərdə elə-belə çıxış eləmədi… Dedi ki, ay Moskva, əgər Serj Sərkisyan sənin xahişinlə mərhələli plana razılıq vermirsə, mən bunu qəbul etməyə hazıram. Mən vaxtilə bu planı dəstəkləmişdim, indi də dəstəkləməyə hazıram..”