XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 17:28

Serj Sərksiyan:“Qarabağ probleminin həlli ilə bağlı deyilənlər variant deyil, versiyalardır”

serjik-sefir

“Bu günə qədər heç kəs bizim uzun zamandan bəri müzakirə etdiyimiz variantı dəqiq təqdim edə bilməyib”.

Dekabrın 29-da Ermənistan Xarici İşlər Nazirliyinin Yeni il və Milad bayramları münasibətilə təşkil etdiyi qəbulda Ermənistan prezidenti Serj Sərksiyan belə deyib.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin xarici işlər nazirlərinin ilin sonunda Hamburqda verdikləri bəyanat Azərbaycan tərəfinin Dağlıq Qarabağ problemi ilə bağlı mülahizələrinin nə dərəcədə reallıqdan uzaq olduğunu aydın nümayiş etdirib. Bu bəyanat eyni zamanda beynəlxalq ictimaiyyətin yanaşmasının bizim yanaşmamıza nə dərəcədə yaxın olduğunu aydın göstərir”, – Serj Sərksiyan diplomatlara təbrik müraciətində vurğulayıb.

“VARİANTLAR DEYİL, VERSİYALARDIR”

“Qeyd etmək yerinə düşər ki, ekspertlər, siyasətçilər və ya özlərini siyasətçi sayanlar vaxtaşırı Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarını ortaya atırlar. Ancaq əslində, bunlar variantlar deyil, versiyalardır, – deyə Sərksiyan sözünə davam edib.

Maraqlıdır ki, məhz bu gün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, Ermənistan Milli Konqresinin qurultayında səsləndirdiyi fikirlər onun öz nəzər nöqtəsi, yaxud Qarabağ probleminin həlli ilə bağlı konsepsiyası deyildi. O qeyd edib ki, hazırda danışıqlar masasının üzərində olan və prinsipcə Ermənistan hökuməti tərəfindən qəbul edilmiş konkret nizamlama proqramından danışıb. Ter-Petrosyanın sözlərinə görə, bu proqram Dağlıq Qarabağın statusu əvəzində Qarabağa bitişik 7 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur.

Qətiyyətlə bildirirəm ki, bu günə qədər heç kəs bizim uzun zamandan bəri detallarını müzakirə etdiyimiz variantı dəqiqliklə təqdim edə bilməyib. Mən bir daha sizin qarşınızda vurğulamaq istəyirəm. Çünki siz hamıdan yaxşı bilirsiniz ki, 2007-ci ildən bu yana Madrid prinsiplərindən başqa heç yerdə heç bir variant müzakirə olunmayıb”, – Serj Sərksiyan diplomatlar qarşısında çıxışında deyib.

“BİR MƏQSƏDİMİZ VAR”

O əlavə edib ki, danışıqların detallarının ictimaiyyətə çatdırılmamasının, ən azı, iki səbəbi var: Siz, təcrübəli vasitəçilər olaraq, gözəl bilirsiniz ki, danışıqlara gedən zaman özünün, necə deyərlər, alət və imkanlarını, yaxud öz taktikanı, strategiyanı ortaya qoya bilməzsən. Çünki müasir dünyada belədir: biz İrəvanda iki söz deyəndə bu iki söz ildırım sürətilə Bakıya, Vaşinqtona, Moskvaya və Parisə çatır və dərhal ictimaiyyət bunu bilir. Bu bir. İkincisi, hamıya bəllidir ki, prinsipial danışıqlar zamanı bu prinsip işləyir: hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb.

Serj Sərksiyan həmçinin deyib: Mühüm olan budur: 2007-ci ildən, yəni Madrid prinsiplərinin danışıqlar üçün baza kimi qəbulundan sonra bizim təkcə bir məqsədimiz var – Dağlıq Qarabağın yekun statusunun Dağlıq Qarabağ xalqı tərəfindən müəyyən edilməsinə nail olmaq. Biz bu prinsipdən geri çəkilməyəcəyik.