XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2016 - 14:05

Milli Məclisdən bayram mesajı:“Hamınızı birliyə çağırırıq"

meclis-1

Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.

Müraciəti parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Müraciətdə qeyd olunub ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır: "Bu, dünya azərbaycanlılarının birliyindən asılıdır. Milli-mənəvi dəyərlərin qorunması vacibdir".

Müraciətdə vurğulanıb ki, dünya azərbaycanlıları səylərini birləşdirsələr bu, Dağlıq Qarabağla bağlı mühüm addım olar: “Hamınızı birliyə çağırırıq".

Report