XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 17:43

Siyavuş Novruzovun nazirliyə ittihamına cavab:"Qarabağ Azərbaycan tarixi deyil?"

tehsil-nazirliyi-manset

Təhsil Nazirliyi Milli Məclisdə orta məktəblərdə rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixinin ayrıca kitablarla tədris olunmasına münasibət bildirib.

Nazirlikdən bildirilib ki, bu gün Azərbaycan cəmiyyətində vətəndaşlarımızı düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır:

“Respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan “Tarix” dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda, bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb”.

Nazirlikdən qeyd edilib ki, bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib

Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib:

“Fakültativ kursun proqramı ilə yanaşı, bu kursun tədris vəsaiti də hazırlanıb. “Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb. Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov orta məktəblərin rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixinin ayrıca tədrisinin düzgün olmadığını bildirib:

“Orta məktəblərdə rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixi ayrıca kitablarla tədris olunur. Qarabağ Azərbaycan tarixi deyil? Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir".

Millət vəkili bununla bağlı araşdırma aparılmasını təklif edib.

Trend