XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 14:04

Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunabaşsağlığı verib

elmar-1

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Başsağlığında deyilir: "Biz İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər. Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq".

Qeyd edək ki, hazırkı məlumata görə İstanbulda baş vermiş terror aktı nəticəsində yaralananlar sırasında iki nəfər Azərbaycan vətəndaşı da müəyyən edilib.

Azərbaycanın İstanbuldakı Baş konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır.    (Trend)