ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp növbəti həftə ərzində kiber hücumlar haqqında danışacağını vəd verib.
Dövlət başçısı bu barədə məlumatlı olduğunu bildirib.
"Mən hakerlər haqqında çox şeyi bilirəm. O cümlədən parolların qırılmaları haqqında. Hansını ki, aşkar etmək çox çətindir", – deyə o, ABŞ administrasiyasının Rusiyanı ittiham etdiyi kiber qalmaqalını nəzərdə tutaraq bildirib
"Mən elə şeyləri bilirəm ki, başqa insanlar bilmirlər" – deyə Tramp əlavə edib. Jurnalistlərin bununla bağlı daha geniş açıqlama vermələri ilə bağlı xahişlərinə prezident belə cavab verib: "Siz hamınız çərşənbə axşamı və ya çərşənbə günü hər şeyi biləcəksiniz".
Qeyd edək ki, bundan əvvəl Trampın gələn həftə Amerikanın xüsusi xidmət orqanlarının nümayəndələriylə görüşəcəyi, orqan rəsmilərinin ona kiber hücumlarla bağlı informasiya təqdim edəcəkləri məlum olub. ABŞ rəhbərliyi və xüsusi xidmət orqanlarının rəsmiləri Rusiyanı ABŞ-da kompüter sistemlərinin parollarının qırılması cəhdlərində ittiham etdilər. (Report)