XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 13:48

Putinsayağı “siyasi dzü-do”:Moskva Suriyada ABŞ-sız atəşkəsin məsuliyyətini daşıyacaqmı?

putin-esed

“The New York Times qəzeti baş məqaləsində Suriyada ötən həftə başladılmış atəşkəsi əndişəsiz qəbul etməyin çətinliyindən yazıb.

Axı son altı ildə bu ölkədəki vətəndaş müharibəsində 400 mindən çox insan həlak olub, bütöv şəhərlər yerlə yeksan edilib. İndi dünya ancaq bir şeyə ümid bəsləyir ki, ötən cümə elan edilmiş atəşkəs əvvəlkilərdən daha çox çəksin, dönüş nöqtəsi yaratsın. (Azadlıq radiosu)

DOMİNANT ROL

“İki il ərzində Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatların atəşkəs yaratmaq, vətəndaş müharibəsini bitirmək danışıqlarına könülsüz yanaşıb. İndi isə Vaşinqtonda hakimiyyət keçidi baş verdiyi dönmədə Putin ABŞ-ı məharətlə sıxışdırıb və Suriyada əsas beynəlxalq oyunçu mövqeyinə keçib”, – məqalədə oxuyuruq.

Qəzet vurğulayır ki, Rusiya bu rola tədricən yiyələndi, axı ABŞ prezidenti Barak Obama da ölkəsini vətəndaş müharibəsində birbaşa hərbi iştirakdan saxlayırdı. Obama bəzi üsyançı qrupları dəstəkləsə də, Yaxın Şərqdə daha bir münaqişəyə girişməməyə çalışırdı. Bir çox ekspertlər bunun Amerikanın nüfuzuna təsirsiz ötüşmədiyini düşünürlər.

Görək Putin müharibəni bitirə, ordusunu geri çəkə biləcəkmi. Bu zaman onun Suriyanın gələcəyindən ötrü məsuliyyət götürməyə meylli olub-olmayacağı sualı da yaranır. Dağılmasında Rusiyanın rol oynadığı şəhərlərin bərpası da buraya daxildir, – qəzet yazır.

MÜHARİBƏ BİTƏRSƏ...

Ötən həftəki atəşkəs Rusiya, İran və Türkiyə rəsmilərinin Moskva görüşündə əldə olunub. Amerikalılar bu prosesdən kənarda qalıblar. Dövlət Departamenti bunu dansa da, belə olub. “The New York Times” Moskva görüşünü Rusiya ilə  Türkiyənin əməkdaşlığı baxımından vacib sayır. Ankarada Rusiya səfirinin qətlindən sonra bu, önəmli prosesdir.

“Putindən fərqli olaraq, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Əsədin devrilməsi tərəfdarıdır. Amma Rusiya Türkiyənin Suriyadakı kürd qüvvələri «ovlamasına» şərait yaradarsa, Türkiyə üsyançılara dəstəyini azalda bilər”, – deyə məqalədə vurğulanır. “Nəzəri baxımdan, vətəndaş müharibəsi bitərsə, suriyalılar həyatlarını yenidən qurmağa başlarlar. Birləşmiş Ştatlar daxil digər ölkələr isə İŞİD  silahlı qruplaşmasıyla savaşa fokuslanarlar. Amma bu, hələ hər şeyin yaxşı gedəcəyi demək deyil. Ötən sülh planlarını pozmuş məsələlər həll olunmamış qalır. Ən böyük məsələ odur ki, Rusiya Əsədın hakimiyyətdə qalmasında israr edəcəkmi? Əsəd ölkənin 1/3-ini nəzarətdə saxlayır, əhalinin sünni çoxluğu isə ona nifrət edir. İndi də Rusiyanın əlində bu problem var”.