XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 11:01

Rus ekspert:“Əsəd Türkiyə üçün 4 nömrəli təhlükədir"

b%c9%99s%c9%99r-%c9%99s%c9%99d-2

Suriya lideri Bəşər Əsədin gələcəyi hazırda Türkiyə üçün perspektivdə dayanan məsələ deyil.

Bu sözləri BMT-nin Suriya xüsusi nümayəndəsi Stefan de Misturanın müşaviri və Rusiya Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkin “RİA Novosti”yə açıqlamasında deyib.

Ekspert qeyd edib ki, hazırda Türkiyə milli təhlükəsizliyə yönələn təhdidlərlə mübarizə aparır.

Naumkin Türkiyənin üçün birinci təhlükənin FETÖ, ikincinin PKK, daha sonrakı sırada isə İŞİD-in olduğunu bildirib:

“Əsəd Türkiyə üçün 4 nömrəli təhlükədir. Doğrudur bunu söyləmək indi çətindir. Amma Əsəd Türkiyə üçün gələcəkdə təhlükə təşkil etməyə bilər”.

Naumkin onu da əlavə edib ki, Suriya ilə bağlı təşkil olunacaq Astana görüşləri ən geci yanvar ayının ortalarında baş tutacaq.  (Axar.az)