XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2017 - 11:17

Postundan gedən Barak Obama belə deyərdi:sitatlar

o

ABŞ prezidenti Barak Obama Vaşinqtonda, 11.11.2016

© REUTERS/ Kevin Lamarque

 

Amerikanın getməkdə olan lideri yanvarın 10-da millətə vida nitqi ilə müraciət edəcək. Strateq.az RİA Novosti-yə istinadən onun yadda qalan deyimlərini təqdim edir.

 

Rusiya haqda

 

"Amerikaya qarşı çoxlu çağırışlar var. Rusiya güc üzündən  deyil, zəiflikdən bəzi yaxın qonşularını təhdid edən bölgəsəl dövlətdir” (2014).

 

“Keçən il biz və müttəfiqlərimiz sanksiyalar qoymaq üzərində əlləşərkən bəziləri hesab edirdilər ki, cənab Putinin təcavüzkarlığı bacarıqlı strategiya və qüvvə nümunəsidir. Lakin bu gün Amerika müttəfqilərimizlə birlikdə güclü və vahiddir, halbuki Rusiya təcrid olunub, iqtisadiyyatı isə parça-parçadır” (2015).

 

“Onlar (Rusiya) ABŞ-dan zəif və balacadır. İqtisadiyyatları neft, qaz və silahdan başqa (başqa ölkələrin ala biləcəyi) heç nə istehsal etmir” (2016).

omk

© AP Foto/ Susan Uolş

Barak Obama Vaşinqtonda mətbuat konfransı zamanı, 14.11. 2016

 

Vladimir Putin barədə

 

“Putin görüşlərimizin gedişində qüsursuz dərəcədə nəzakətli, olduqca səmimi olur. Görüşlərimiz istisnasız olaraq işgüzar zəmində keçir. O, əksər digərləri kimi məni gözləməyə məcbur etmir” (2016).

 

“Putinlə görüşlərimiz adətən açıq, düzgün, işgüzar ahənglə keçir” (2016).

op

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama Şimali İrlandiyada G8 sammmiti çərçivəsində görüş zamanı. İyun 2013-cü il

© RİA Novosti, Sergey Quneyev

 

Dünya iqtisadiyyatı haqda

 

“Amerika dünya iqtisadiyyatının qaydalarını diktə etməlidir. Başqa ölkələr istisnasız olaraq Amerika və tərəfdaşlarının müəyyən etdiyi qaydalarla oynamalıdır” (2015).

 

“Potensial alıcılarımızın 95%-i xaricdə (ABŞ-sdan kənarda) yaşayanda əmin olmalıyıq ki, kürəsəl iqtisadiyyat üçün qaydaları Çin kimi ölkələr deyil, biz yazırıq”.

 

Amerika müstəsnalığı barədə

 

“Bəziləri razılaşmaya bilər, lakin mən inanıram ki, Amerika müstəsnadır” (2013).

 

ob

ABŞ prezidenti Barak Obama BMT-də çıxış edir. Sentyabr 2015-ci il

 

Terrorizm haqqında

 

İŞİD birbaşa “ƏL-Qaidə”nin İraqdakı varisidir və bizim bu ölkəyə müdaxiləmizdən yaranıb" (2015).

 

“İŞİD-in yerüstü böyük hücumlar təşkil etmək imkanı – bu mənim kəşfiyyat radarımda yoxdur” (2016).

 

Beynəlxalq müdaxilə barədə

 

“Bəzi dövlətlər başqa ölkələrdə baş verən vəhşiliklərə göz yuma biər. Lakin Amerika Birləşmiş Ştatları bu cür deyil” (Liviyaya müdaxilə haqqında, 2011).

 

“Biz böhrana düşən istənilən ölkəni ələ keçirmək və yenidən qurmağa cəhd edə bilmərik. Bu, liderlik deyil, bu, batıb qalmaq, amerikalıların qanını axıtmaq və son nəticədə bizi zəiflədəcək vəsait məsrəfinə zəmanətdir. Bu, Vyetnam və İraq ibrətləridir və bunu indiyədək mənimsəməyimizin vaxtıdır”.

 

Özünün ən böyük səhvi

 

“Ola bilsin, bu, Liviyaya müdaxilədən sonra növbəti gün plan qurulmasındakı iflasdır. Bu o anda mənə düzgün qərar kimi görünürdü” (2016).

 

Tərcümə Strateq.az-ındır.