XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 09:53

“İqtidar bunun qarşısını güclə almağa çalışarsa, məğlub olacaq”
“Saakaşvili mütləq qələbə çalacaq” – Ekspert
“Hər şey hazırkı hakimiyyətin davranışından asılıdır. Əgər o öz oppenentlərinə qarşı zorakılıq yolunu tutarsa, o zaman birmənalı şəkildə məğlub olacaq”.
Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanda hakimiyyətə etiraz dalğasının yenidən geniş vüsət almasına münasibət bildirərkən politoloq Ərəstun Oruclu deyib. O, hazırkı Grücüstan hakimiyyətinin məğlubiyyətinin yaxın olduğunu bildirib:
“Hakimiyyətin son mitinqin qarşısını almaq cəhdləri və mitinqə səfərbərlik keçirən müxalifət tərəfdarlarına qarşı fiziki hücumları heç bir səmərə vermədi. Əksinə, gözlənəndən daha çox insan toplandı. Rəqəmlər haqqında müxtəlif fikirlər səslənir. Ancaq istənilən halda yetərincə kütləvi aksiya idi. Belə olan halda əgər müxalifət radikal mövqe tutsa və iqtidar bunun qarşısını güclə almağa çalışarsa, o, qısa müddətdə məğlub olacaq. Yox, əgər müxalifət hüquqi müstəvidə mübarizə aparmağa doğru gedəcəksə, bu məğlubiyyət gələn ilki parlament seçkilərində olacaq və bu, qaçılmazdır. çünki indiki hakimiyyət həqiqətən də çox səmərəsizdir. Saakaşvili dövründə həyata keçirilmiş islahatları nəinki qoruyub saxlaya, hətta özlüyündə bir vahidlik də yarada bilmədi. Bunun nəticəsidir ki, bu qədər insan etiraz aksiyasına toplaşdı. İnsanlar ona görə toplaşmadı ki, onların Saakaşvilidən xoşu gəlir və yaxud da onun hakimiyyətə gəlməsini istəyirlər. Bu, indiki Gürcüstan hakimiyyətinin siyasətindən narazılığın bariz göstəricisi idi”.
Politoloq bunun əslində çox ciddi bir siqnal olduğunu bildirib:
“İndiki Gürcüstan hakimiyyəti Saakaşvili partiyasının ləğvi üçün müxtəlif aksiyalar həyata keçirir. O cümlədən, oyuncaq qeyri-hökumət təşkilatları vasitəsilə bu partiyanın qadağan edilməsi üçün imzatoplama kampaniyası aparır. Əgər bu yol tutularsa, ola bilər ki, məsələ heç seçkiyə qədərki vaxta çatmasın. Seçkiyə qədərki dövrdə Saakaşvili tərəfdarlarının güclənərək Gürcüstanda növbəti inqilaba təkan vermələri də mümkün varinatlar içərisindədir. Ancaq daha inandırıcı olan gələn ilki seçkilərdə mövcud hakimiyətin çox yüksək ehtimalla məğlub olacağıdır”.