XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 16:09

Azərbaycanlılar “Google” də ən çox hansı siyasi xadimİ axtarır? –Prezident İlham Əliyevə ictimai maraq böyükdür – FOTO

ilham-mehri

Azərbaycanlılar internet axtarış sistemində ən çox kimi axtarırlar?

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, “Google” axtarış saytının trend xidmətinin göstəricilərinə görə, prezident İlham Əliyevə olan ictimai maraq olduqca böyükdür.

Belə ki, açar ifadə kimi “İlham Əliyev” yazıb  “Google”-də axtarışa verənlərin sayı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov barədə axtarış verənlərdən əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycan prezidenti birmənalı şəkildə birincidir. Bu da başadüşüləndir, çünki əsas qərarlar prezidentdən gəlir.

İctimai maraq doğuran ikinci şəxs Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevadır. Mehriban xanımın adı axtarış sistemində ən çox axtarılan ad olub.

Son bir ili götürəndə, ikinci yerdə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.  Azərbaycanda medianın diqqətində olan Kəmaləddin Heydərov və Ziya Məmmədovla isə sıravi azərbaycanlılar internetdə qat-qat az maraqlanırlar. Onlar arasında isə Ziya Məmmədova maraq Kəmaləddin Heydərova olan maraqdan nisbətən çox olub. Milli Məclis sədri Oqtay Əsədova internetdə maraq Kəmaləddin Heydərovdan qat-qat azdır.

İŞ, DOLLAR

Azərbaycanda ötən 5 ildə insanların iqtisadi sahədə maraqlandıqları arasında birinci yerdə həmişə İŞ olub.

Ancaq keçən bir ildə birinci yerə azacıq üstünlüklə, dollar-manat məzənnəsi çıxdı. Keçən il “iş”ə və “dollar”a maraq internetdə demək olar ki, yanaşı gedib. Onları yalnız aprel döyüşləri vaxtı, təbii olaraq, Qarabağ önə keçə bilib. Yeri gəlmişkən, “Google”də axtarış statistikası göstərir ki, işə maraq o qədər böyükdür ki, o, son 5 ildə hətta Qarabağa marağı da üstələyir.

 

ilham-gogle