XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 16:49

Binəli Yıldırım:“ABŞ YPG-yə, PYD-yə silah verir ki, Türkiyədə daha çox terakt törədilsin"

binali-3

İŞİD-lə biz mübarizə aparırıq, ABŞ isə heç bir şey etmir.

Bunu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib.

O, dünyanın İŞİD-lə mübarizəni sakitcə izlədiyini bildirib.

“ABŞ YPG-yə, PYD-yə silah verir ki, Türkiyədə daha çox terakt törədilsin. Problemi yeni administrasiyada görmürük. Bu, Obama hakimiyyətinin günahıdır. Ümid edirik ki, yeni rəhbərlik bu biabırçılığa son verər. Artıq dostla düşmənin müəyyən edilmə günüdür. İllərdir ki, NATO-da Amerika ilə bərabərik. Bütün ortaqlığımızın bir terror təşkilatı tərəfindən yox edilməsinə Amerika izn verməməlidir. PYD PKK deməkdir. Bunların artıq görünməsini istəyirik”.   (Axar.az)