XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 02:46

Trampın Dövlət katibliyinə namizədinin şirkətdən alacağı paketin məbləği bilindi –180 milyon dollar

tillerson

“ExxonMobil” in keçmiş rəhbəri Tex Tillerson korporasiyadan 180 milyon dollar məbləğində paket alacaq.

Qeyd edək ki, yeni ABŞ prezidenti seçilmiş Donald Tramp Tillersona Dövlət katibi vəzifəsini təklif edib.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

Əgər Senat onun namizədliyini təsdiq eləsə, "ExxonMobil" etimad fonduna, şirkətin 2 milyon dollarlıq aksiyası dəyərində pul qoyacaq. Bu isə Tillersonun ona məxsus 600 min aksiyanı (54 milyon dollar) fonda satmasına imkan yaradacaq.

"ExxonMobil" Fonda veriləcək aksiyaları sərmayə kimi istifadə edə bilməz və 10 il ərzində Tillersona pul ödəyəcək. Nəticədə keçmiş baş direktor pensiyaya çıxacağı haldan 7 milyon dollar az alacaq.

"ExxonMobil" mürəkkəb vəziyyətdən yaxşı şəkildə çıxmaq istəyir. Koorporasiya hesab edir ki, Tillersonu bütün ödəmələrdən məhrum eləmək ədalətsizlik olardı, səhmlərin ona verilməsi isə böyük problem yaradardı.

Ona görə də "ExxonMobil" onun qazandığı pulları kompensasiya eləmək və şirkəti qorumağa çalışır.

Tillerson institutu bitirən gündən "ExxonMobil"ə gəlib və mühəndislikdən şirkət rəhbərliyinədək karyeranın bütün pilləkənlərini keçməli olub.

Azadlıq Radiosu