XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2017 - 17:00

Məşhur Amerika nəşri Trampı “vurdu”:“Rusiyada Tramp kimilərinə “satqın” deyirlər”

t

Ketlin Parker

The Washington Post (ABŞ), 08.01.2017

 

Birincisi, xatırlatmaq istəyirəm: ABŞ-ın seçilmiş prezidenti daxil olmaqla bəzi amerikalılar son doqquz il ərzində iddia ediblər ki, Barak Obama Keniyada doğulmuş müsəlmandır. Donald Tramp uzun illər Obamadan elə hey tələb edib ki, bioloji atası üçün vətən olmuş Afrika dövlətində deyil, Havayda doğulduğunu sübut etsin. Obamanın xristianlıq etiqadına inandığı haqda açıqlama, yəqin ki, xristianı qeyri-xristiandan fərqləndirməyi ustalıqla bacaran Tramp tərəfdarlarını  inandıra bilməyib. Hətta bu və ya digər ölkədə – deyək ki, İndoneziyada – bir müddət yaşamış cavan oğlanın bu ölkənin üstün dinini hökmən qəbul etməli olduğunu ehtimal etmək üçün heç bir məntiqi əsas yoxdur. Əksinə, o bu cür təcrübə qazanıb, tam bu qənaətə gələ bilər ki, insanlar öz allahlarına başqa cür sitayiş etsə də, əslində, hamımız eyniyik. Və sərt və cəfəng iddiaya qulaq verməyə dəyməz ki, insan müsəlmandırsa, hökmən “pis adam” olmalıdır.

Fərqindən asılı olmayaraq başqalarına hörmət etmək bacarığı savadlı insanı fərqləndirən cizgilərdən və yaxşı liderin malik olmalı olduğu səciyyələrdən biridir. Bununla belə, Tramp tərəfdarları Obamanın özünü müsəlman adlandıran yetərincə xeyli “pis subyektlərin” məhvi ilə nəticələnmiş hərbi əməliyyatlarına baxmayaraq  Obamanın 1,6 milyard müsəlmana yumşaq münasibətini islamın ABŞ-dakı mövqeyini gücləndirməyə gizli cəhdin sübutu kimi şərh ediblər.

Qeyd etməyinə dəyər ki, Obamaya şəkk edənlər Prezident kiçik Corc Buş 11 sentyabr teraktlarından dərhal sonra məscidi ziyarət edərkən şübhələrə düşməyiblər. Onlar həmçinin Rusiyanın ABŞ-a kiberhücumlarına Trampın nə qədər başısoyuq yanaşdığına görə heç bir narahatlıq ifadə etməyiblər.

Keçmiş təcrübə və yeni məlumatlar nəzərə alınmaqla, məgər, Trampı Rusiya casusu adlandırmağın vaxtı çatmayıb?

Xeyr, mən onu casus saymıram, çünki Trampdan fərqli olaraq, sərsəm ideyaların təsirinə məruz qalmamışam. Lakin ikili standartlar necə olsun? Oxçar durumlarda nə qədər vaxt tələb olunardı ki, demokratik seçki prosesimizə qarışan ölkəni müdafiəyə cəhd edən Obamanı satqın adlandırsınlar?

Bir neçə saniyə.

İnanmaq çətindir ki, tezliklə prezidentimiz olası adam, faktlarla höcət avamlığın üzləşdiyi yerdə həqiqət axtarışı dayanan paranoyaya çatan şayiələrə və yayılan konspirologiyaya uzun müddət inanıb.

Bu, adamı dəhşətə gətirir.  

Bəs indi nə olsun? Tramp Rusiya hökuməti, haker və casusların aşkar şəkildə sui-qəsdi olan məsələni kəşfiyyatın dəlilsiz bəyanatları adlandırmağa davam edir. O bunu niyə edir? O, doğrudanmı, o qədər dişbatandır ki, bu kiberhücumlardan mənfəət götürə biləcəyi baxış nöqtəsi ilə sadəcə barışa bilmir? Yaxud bunu əvvəlcədən bilirdi və indi istəmir ki, üzə çıxsın? Sui-qəsd nəzəriyyəsi də məhz bundan başlanır. Və bir də təkrar edirəm: bəzən sui-qəsd sadəcə sui-qəsddir, axmaq isə sadəcə axmaqdır.

Gəlin, düşünək, bizə nə məlumdur. Kəşfiyyat agentliklərimizin ən yaxşı ekspertləri təsdiq edirlər ki, Demokratik partiyanın Milli komitəsinə kiberhücumların arxasında Rusiya durur. Rusiya prezidenti Vladimir Putinə məftunluğunu uzun müddət ifadə etmiş Tramp buna şübhə edir. Yəqin, Tramp təkid edir ki, seçkilərdə şərəfli və ədalətli qələbə çalıb. Və Rusiya müdaxiləsi haqda bəyanat onun heysiyyətinə toxunur. Lakin məsələ təkcə bundadırmı?

Davam edək. Tramp millətimizin ən yaxşı təmsilçilərimizin sözlərinə inanmaqdan daha çox bizim birnömrəli geopolitik düşmənimizlə ümumi dil tapmağa hazırdır. Hətta bildirib ki, kəşfiyyyatın məlumatarı ilə gündəlik məşğul olmayacaq və şayiələrə görə, təhükəsizlik agentliklərimizi azaltmağa hazırlaşır.

Lütfən, deyin, bu adam kimin tərəfindədir? ABŞ-ın seçilmiş prezidenti haqda son dəfə bu sualı haçan vermisiniz?

Tramp yanvarın 6-da cümə günü onu məsələlərdən agah etməyə çalışan Amerikanın əsil casusları ilə görüşüb. Lakin Trampın onları dinləməyə qabil olub-olmadığı haqda sual indiyədək açıq qalır. Onun toplantıdan sonra verdiyi bəyanata əsasən, bu olmayacaq.

Milli Kəşfiyyatın direktoru Ceyms Klepper cümə axşamı yanvarın 5-də Senatın silahlı qüvvələr üzrə komitəsinə məlumat verib ki, onun agentliyi “indi daha qəti şəkildə əmindir” ki, Tramp Amerika kəşfiyyatına ziyan vurur. Hətta MKİ-nin keçmiş direktoru Ceyms Vulsi onun fikirlərini dinləmək istəməkdiklərinə etiraz əlaməti kimi Trampın keçid komandasını tərk edib.

Seçilmiş prezident bütünlükdə göz qabağında olanı inkar etməkdə dirəşərək öz ölkəsinin marağına rəğmən düşmənin tərəfində duracaqsa, qənaətə gəlmək olar ki, Trampın özü milli təhlükəsizliyə təhlükə təşkil edir.

Rusiyada buna satqınlıq deyirlər.

 

Tərcümə Strateq.az-ındır.