XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 15:00

Azərbaycan İsrailə cavab verdi

“öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür”.

Bu sözləri Israilin terror təhlükəsinə görə öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməyə dair tövsiyəsinə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, İsrailin Terrorla Mübarizə İdarəsi yəhudilərə dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edib. Həmin bölgələr arasında Azərbaycanın da adı var.